Azərbaycanda voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb edilmələri Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında duran prioritet məsələlərdəndir.
Federasiyadan BAKU.NEWS-a verilən məlumata görə, ölkə prezidenti İlham Əliyevin idmana, xüsusən voleybola göstərdiyi diqqəti, bu idman növünün paytaxt və bölgələrimizdə inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqlarını rəhbər tutaraq AVF tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir.
Bununla əlaqədar, federasiya 17 iyun 2023-cü il tarixində Bakı şəhərində Dənizkənarı Bulvarda “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirəcək.
Ü.Abdullayeva


