Bakıdan Qubaya gedərkən radio tezliyini ən azı üç dəfə dəyişir, ölkə üzrə radio siqnallarının əhatəsinin yaxşılaşdırılmasına ehtiyac var. Bunu deputat Hikmət Babaoğlu Milli Məclisdə çıxışı zamanı bildirib.
“Şimala doğru irəlilədikcə Rusiya və Dağıstan radioları hakim kəsilir, bizim tezliklər itir. Qərbə doğru getdikcə, Gürcüstan istiqamətində də tezliklər itir”, – Babaoğlu bildirib.
Deputat problemin texniki səbəblərinin araşdırılmasını və zərurət yaranarsa, yayımın Azərbaycanın peyki vasitəsilə tənzimlənməsini təklif edib.
O, radio məzmununun da müzakirə olunmalı olduğunu deyərək, radionun əyləncə ilə yanaşı hüquqi maarifləndirmə və milli musiqinin təbliği üçün istifadə edilə biləcəyini bildirib.
Babaoğlu ASAN Radio və Yurd FM-i milli radio standartlarına uyğun nümunələr kimi göstərib. (Anews)
TREND
- “20 Sentyabr” stansiyasının istismara veriləcəyi vaxt AÇIQLANDI
- Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi
- “DOST Müfəttiş” layihəsinin iştirakçısı öz təcrübəsini bölüşüb – VİDEO
- Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
- Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir – deputatdan irad
- Hər şagirdə 30 saniyə vaxt düşür – deputat məktəbdəki problemdən danışdı
- Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
- Yeni icra başçısı kollektivə təqdim olundu


