Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan və dələduzluq ittihamı ilə saxlanılan “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyev ev dustaqlığına buraxılıb.
Yasamal Rayon Məhkəməsi onun xəstəliyini nəzərə alaraq ev dustaqlığına buraxılmasına dair qərar çıxaıb.
Qeyd edək ki, E.Əliyev bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə o, saxlanılaraq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 162-1.1, 177.2.3 və 178.4-cü maddələri ilə ittiham elan edilib.
E.Əliyevlə yanaşı onun həyat yoldaşı da külli miqdarda dələduzluqda ittiham edilir. Onların vətəndaşdan bağ evi tikintisi üçün 889 min manat pul aldığı, vəsaitin yarıdan çoxunu ələ keçirdiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl E.Əliyev barəsində araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib. (Qafqazinfo)
TREND
- “SOCGOV 2026” – Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
- ICESCO Bakı Kitab Sərgisində yeni formatla çıxış edir
- MICHELIN Guide Türkiyənin ilk ümummilli seçimi dekabrın 3-də açıqlanacaq
- Milli Qəhrəman komaya düşüb – Vəziyyəti ağırdır
- Vəzifəli şəxs həbs edildi – Yarım milyonluq yeyinti
- Gələn ilin büdcə layihəsi MM-ə daxil oldu
- “Azea Group” MMC-nin rəhbəri ev dustaqlığına buraxıldı
- Rumıniyanın dövlət xəbər agentliyi AQC sədrinin səfərinə diqqət ayırıb


