Gürcüstanın qərbində, Oni şəhərindən cənub-şərqində iki zəlzələ olub.
BAKU.NEWS gürcü mediasına istinadən xəbər verir ki, bir saat fərqi ilə baş verən zəlzələlərin episentri Onçeli kəndində yerləşib. Birinci zəlzələ 3,7, ikinci zəlzələ isə 4,3 bal gücündə olub.
Dağıntı və itkilər barədə məlumat yoxdur.


