İsveçrə məhkəməsi “Lombard Odier” bankını Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimovanın çirkli pullarını yumaqda təqsirli bilərək 3,5 milyon dollar cərimələyib.
Daxili nəzarət sistemini qura bilməyən bankın hesablarındakı təxminən 450 milyon dollar dəyərində vəsait dövlət xeyrinə müsadirə edilib. Prokurorluğun məlumatına görə, bank korrupsiya yolu ilə əldə olunmuş gəlirlərin gizlədilməsi üçün açılan 9 hesabı lazımi qaydada yoxlamayıb.
İş üzrə bankın keçmiş meneceri şərti cəza alsa da, Gülnarə Kərimovaya qarşı icraat iddia müddətinin bitməsi səbəbindən dayandırılıb.


