Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
BAKU.NEWS xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Rəhimli kəndində baş verib.
2001-ci il təvəllüdlü Ceyhunə Nəsirova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
22 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, C.Nəsirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.


