Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə şəhər sakini R.Kazımova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.NEWS-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Yeni Gəncə qəsəbəsi ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Gəncə şəhər sakini Xəyal Verdiyev və Göygöl rayon sakini Sənan Cümşüdov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.


