Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının laborant-tədqiqatçısı, biotexnoloq Sona Hacıyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qalibi olub.
UNEC-dən BAKU.NEWS-a bildirilib ki, Sona Hacıyeva doktorantura layihəsinin təqdimatından yüksək bal (78) toplayaraq, İtaliyanın Bolonya Universitetinin qida elmləri və qida texnologiyaları ixtisasının doktorantura proqramına qəbul olub. O, Dövlət Proqramı əsasında 3 il müddətində doktorantura təhsilini Bolonya Universitetində davam etdirəcək.


