Dövlət Toxum Fondu Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə respublikanın müxtəlif bölgələrində payızlıq əkin mövsümünə hazırlıq məqsədilə fermerlərin maarifləndirilməsi ilə bağlı təlim-seminarlar keçirilib.
Növbəti təlim-seminar Şəki rayonunda davam etdirilib.
Dövlət Toxum Fondunun baş aqronomu Hafiz Məmmədov açıqlamasında bildirib ki, təmsil etdiyi qurum payızlıq əkin mövsümünə hazırlıq məqsədilə respublikanın 5 bölgəsində təlim-seminarlar təşkil etmişdir. Qobustan, Tovuz, Xaçmaz, Ağcabədi və Şəki rayonlarında təşkil edilən təlimlərdə bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər. Təlim-seminarları müxtəlif bölgələrdə təşkil etməkdə əsas məqsəd səpini vaxtında və keyfiyyətli formada həyata keçirmək, sortları bölgənin iqlim şəraitinə uyğun olaraq seçmək, sertifikatlı toxumdan istifadə etmək, yeni sortların tətbiqi ilə mütəxəssis tövsiyələri ilə təmin etmək və bu sahədə yeni elmi naliyyətlərlə bağlı məlumatlar verməkdən ibarətdir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin (DM) müdiri Qeysər Fərəcov müsahibəsində bildirib ki, Şəki rayonunda keçirilən seminarda iştirakçılara Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Dayaq Məntəqəsinin ərazisində torpaqların səpinə hazırlanma texnologiyası, effektiv gübrələmə və əkinin aparılması prosesi əyani nümayiş etdirilib. Təlimdə iştirak etmiş fermerlərə bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün ən son elmi nəaliyyətlər barədə məlumat verilib. Bölgənin torpaq-iqlim şəraiti, lazımi texnika, torpaq becərmələri, tətbiq olunan sortlar, səpinin elmi əsaslarla aparılma qaydaları, səpin müddəti, səpin norması və s. haqqında məsləhətlər verilib.
Dövlət Toxum Fondunun Şəkil emalı zavodunun direktoru Yalçın Alxasov isə qeyd edib ki, keçirilən seminarda iştirakçılara payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılmasının qaydaları barədə ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən fermerlərə bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiq edilməsi və səpinin yüksək keyfiyyətlə aparılması üçün ən son elmi naliyyətlər barədə təqdimatlar olub. Eyni zamanda bölgənin torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldar və keyfiyyətli buğda və arpa sortlarının bioloji xüsusiyyətləri, səpinin optimal müddəti, səpin normaları, gübrə normaları haqqında fermərlərə ətraflı məlumatlar verilib.
Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutu bundan sonra da bölgələrdə maarifləndirmə işlərini apacaq.





Baku.News/Şəki
M.Sadiq










