Ermənistanda son sutka ərzində daha 193 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
BAKU.NEWS “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 160 220 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2864-yə çatıb.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 691 nəfərdir.


