Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan teatr və kino aktyoru Rasim Öztəkinin vəfatı ilə əlaqədar sənətçinin qızı Pelin Öztəkinə başsağlığı verib.
BAKU.NEWS Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin qızına zəng edən prezident Rasim Öztəkinin istedadlı aktyorluğu və şəxsiyyəti ilə cəmiyyətin bütün təbəqələrinin hörmətini qazandığını bildirib. Ərdoğan mərhum aktyorun yaxınlarına səbr diləyib.
Qeyd edək ki, infarkt keçirən və xəstəxanaya yerləşdirilən 62 yaşlı Rasim Öztəkin həkimlərin müdaxilələrinə baxmayaraq dünən dünyasını dəyişib.


