Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi gördüyini bildirərək alqışlayıb.
Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması üçün zəruri inkişaf kimi görür və bunu alqışlayıram”, – dövlət başısı qeyd edib.
Ərdoğan bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu hadisənin regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə səmimi qəlbdən ümid etdiyini bildirib:
“Sazişlərin imzalanmasına qədər olan dövrdə gərginliyi artıracaq ritorikadan, təxribatlardan və hərəkətlərdən çəkinməyin və mümkün təxribatlara qarşı ayıq olmağın vacibliyini vurğulayıram. Bu nəticənin əldə edilməsində ABŞ və İran liderləri başda olmaqla müstəsna vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirəm. Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm.
Türkiyə olaraq, bölgəmizdə sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləməyə, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həllərə töhfə verməyə davam edəcəyik”. (Report)
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


