“Unibank” ASC 2025-ci ili 5,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 61,7% və ya 8,6 milyon manat azdır. Belə ki, bank 2024-cü ildə 13,9 milyon manat xalis mənfəət əldə etmişdi.
Mənfəətin azalmasına baxmayaraq, bank ötən ilin nəticələri üzrə səhmdarlarına 2,032 milyon manat dividend ödəyib. Bu məbləğ 2024-cü ildə ödənilən 4,065 milyon manat dividenddən 50% azdır.
Bankın səhmlərinin 94,08%-i Müşahidə Şurasının sədri Eldar Qəribova məxsus olduğundan, hesablamalara əsasən, ödənilən dividendlərin təxminən 1,91 milyon manatı ona çatıb. Müqayisə üçün, 2024-cü ilin dividendləri əsasında Eldar Qəribovun dividend gəliri təxminən 3,82 milyon manat təşkil edib.
Beləliklə, Eldar Qəribovun “Unibank”dan əldə etdiyi dividend gəliri bir il ərzində təxminən 1,91 milyon manat və ya 50% azalıb.
Son iki ildə “Unibank”ın dividendlərindən Eldar Qəribovun ümumi gəliri təxminən 5,73 milyon manat olub.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildə yaradılmış “Promtexbank”ın birləşdirilməsi nəticəsində təsis edilib. Bankın nizamnamə kapitalı 138,2 milyon manatdır. (plat.az)
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


