Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.
Aprelin 23-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Gəncə, Göyçay, Şirvan, Bərdə, Lənkəran və Şəki regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.
Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi, İnsan Resursları idarəsi və Tibb baş idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı 9 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
TREND
- Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? – Video
- Azərbaycanda ilk beynəlxalq yük hava limanı bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK
- AQEM-in iştirakçıları “ASAN xidmət”də
- İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu
- Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
- Banklara krediti olanların NƏZƏRİNƏ – Bu hallarda borclarınız SİLİNƏCƏK
- Bu sahibkarların işıq və qaz xərclərini dövlət QARŞILAYACAQ
- Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi – QƏRAR


