Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.
“Report”un xəbərinə görə, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.
Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.
Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.
15:22
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.
“Report” xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.
Onlar rüşvət almaqda ittiham olunur.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.
TREND
- Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? – Video
- Azərbaycanda ilk beynəlxalq yük hava limanı bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK
- AQEM-in iştirakçıları “ASAN xidmət”də
- İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu
- Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
- Banklara krediti olanların NƏZƏRİNƏ – Bu hallarda borclarınız SİLİNƏCƏK
- Bu sahibkarların işıq və qaz xərclərini dövlət QARŞILAYACAQ
- Mühafizə olunan duracaqlarda ödəniş qaydası dəyişdi – QƏRAR


