“Ölkə üzrə 53 hemodializ mərkəzində 3896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur”.
BAKU.NEWS xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun 22 iyul Milli Mətbuat Günündə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb: “Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır və Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. 2023-cü ilin 6 ay ərzində 4839 yeni xəstə qeydiyyata alınıb”.
V.Qurbanov bildirib ki, dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir, onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü il yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb”.
C.Quliyev


