İngiltərənin baş naziri Boris Conson xalqa müraciət edərək, ölkəsinin pandemiya ilə mübarizəsindəki son vəziyyəti açıqlayıb.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Ümumdünya Səhiyyə Təşkilatına “tam şəffaflıq”la bağlı çağırış edib.
“Pandemiyanın nədən başladığını öyrənməliyik”, – baş nazir vurğulayıb.
B.Consonun sözlərinə görə, ölkədə koronavirusun yaratdığı təhdid hələ də ən yüksək səviyyədədir.
O, vaksinasiya məsələsinə də toxunub:
“Bu gedişlə 50 yaşdan yuxarı hər kəs aprelin sonunadək vaksinasiyadan keçə biləcək”.


