Koronavirusa qarşı peyvənd dünən Çindən Türkiyəyə çatdırılıb.
BAKU.NEWS Türk mediasına istinadən xəbər verir ki, peyvəndlər Səhiyyə Nazirliyi nəzdindəki anbara təhvil verilib.
Vaksin nümunələri, Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyi (TİTCK) laboratoriyasında 2 həftəyə qədər analiz olunmaq üçün qalacaq. Bu müddət ərzində peyvəndlər müsbət 2-8 dərəcə temperaturda xüsusi anbarlarda saxlanılacaq.
Analiz nəticəsindən sonra vaksinlər uyğun hesab olunarsa, tətbiq olunmağa başlanılacaq. 

















