Dünyaşöhrətli aktyor Ceki Çan “Tanrının yaraqları 4: Ultimatum” filmini Qazaxıstan və Azərbaycanda çəkəcək.
Bu barədə “Variety” məlumat verir.
Bu, aktyorun Orta Asiyada çəkilən ilk layihəsi olacaq. Çəkilişlər 2026-cı ilin iyul ayında başlayacaq və dünya premyerası 2027-ci ilin ikinci rübündə planlaşdırılıb.
Layihənin rejissor kürsüsündə əvvəllər “Gecə növbətçisi”, “Xüsusilə təhlükəli” və “Major Grom” kimi filmlər üzərində işləmiş Robert Kun əyləşəcək.
Filmin yeni seriyası “Asiya şahini” ləqəbli Çanın macəralarını davam etdirəcək. Ssenariyə əsasən, baş qəhrəman dəyəri 20 milyon dollardan çox olan qədim Tumar artefaktını əldə etmək üçün yenidən təhlükələrlə dolu bir mübarizəyə qoşulacaq.
Sözügedən kino layihəsi Qazaxıstanın “Salem Entertainment” şirkəti tərəfindən, Astana Beynəlxalq Maliyyə Mərkəzinin qeydiyyatında olan “Alem” Fondunun dəstəyi ilə ərsəyə gətirilir.
Xatırladaq ki, daha əvvəl filmin bəzi səhnələrinin Özbəkistanda lentə alınması ehtimalı da müzakirə mövzusu olmuşdu. 2025-ci ilin dekabrında “Salem Entertainment” şirkətinin nümayəndələri həmin ölkəni potensial çəkiliş məkanı kimi qiymətləndirmişdilər. (oxu.az)
TREND
- Qəzadan sağ çıxdı, yenidən uçuşa qayıtdı – “Rəşadət” ordenli Aydanla səmada duyğulu görüş
- ASCO-da yeni dövrün prioritetləri müəyyənləşdirildi – Tapşırıqlar verildi
- Xaricdə İŞİD-ə qoşulan azərbaycanlılar tutuldu– Biri hərbi təlim keçib
- YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib
- Nərmin Daşdəmirbəyli YAP-ın ərazi partiya təşkilatına sədr seçildi
- Qax rayonunun turizm potensialı və kənd turizminin inkişafı
- Bu xanıma “Azerconnect Group”da yüksək vəzifə verildi
- Britaniya vətəndaşı “PAŞA Bank”ın sədrinə müşavir təyin olunub


