Bakının tanınmış restoranlarından biri olan By Muxtar Music Hall bu dəfə ləzzətli yeməkləri və əyləncə proqramları ilə deyil, futbol meydanındakı möhtəşəm uğurları ilə gündəmə gəlib.
Restoranın işçi kollektivindən ibarət futbol komandası restoranlararası təşkil olunan futbol çempionatına qatılaraq əsl komanda ruhu, birlik və əzmkarlıq nümayiş etdirib.
Uzun müddət davam edən məşqlər, güclü komanda ruhu və qələbəyə olan inam nəticəsiz qalmayıb. Ardı-arası kəsilməyən qələbələr qazanan By Muxtar komandası 16 restoran arasında birinci yerə yüksələrək çempionluq tituluna sahib çıxıb!
Meydançada göstərilən əzmkar mübarizə, futbolçuların bir-birinə dəstəyi və sona qədər qələbə uğrunda mübarizə aparması izləyicilərin də böyük rəğbətini qazanıb.
Komandanın oyunlarından, qələbə sevinclərindən və çempionluq anlarından paylaşılan görüntülər @muxtar.by1 TikTok hesabında böyük maraqla qarşılanıb.
İzləyicilər komandanın əzmkarlığını yüksək qiymətləndirərək paylaşımlara çoxsaylı müsbət rəylər yazıblar. Futbolçuların mübarizə ruhunu əks etdirən videolar minlərlə insana motivasiya verərək yüksək baxış sayları ilə diqqət çəkib.
Bu çempionluq bir daha sübut edib ki, By Muxtar Music Hall kollektivi yalnız restoran sahəsində deyil, idman meydanında da birlik, nizam-intizam və komanda ruhu ilə böyük uğurlara imza atmağı bacarır.















