Övladınızın bu infeksiyadan effektiv müdafiəsi üçün 3 doza (1-ci doza – 2 aylığında, 2-ci doza – 4 aylığında, 3-cü doza 6 aylığında) peyvənd vurdurmaq tövsiyə olunur.
İnfeksiya eyniadlı bakteriyalar tərəfindən törədilən, qulaq, ağciyər, qan və beyin infeksiyalarına səbəb olan çox təhlükəli infeksiyadır.
Pnevmokok infeksiyası xüsusilə 2 yaşa qədər uşaqlar üçün təhlükəlidir. Belə ki, infeksiya ciddi ağırlaşmalara, ömürlük əlilliyə (karlıq, beyin zədələnməsi və s.) və ölümə səbəb ola bilər.
İnfeksiya bəzi ağırlaşmalara səbəb ola bilər:
– Karlıq,
– Beyin zədələnməsi,
– Qol və ayaqda ömürlük iflic,
– Qulaq, ağciyər, qan və beyin infeksiyaları,
– Ölüm.
Pnevmokok infeksiyası hava-damcı yolu ilə öskürmə və ya asqırma zamanı yayılır. Bəzi uşaqlarda infeksiyanın əlamətləri aydın müşahidə olunmasa belə, onların burun boşluğunda, boğazlarında bakteriyalar ola bilir və infeksiya yayıla bilər.
S.Kərimova


