AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2026-cı ilin ilk yarısında sərnişin sayını artırsa da, aviaşirkətin punktuallıq göstəricisi 81% təşkil edib. Bu isə reyslərin təxminən 19%-nin vaxtında icra olunmadığını göstərir.
Bu rəqəmlər AZAL-ın təqdim etdiyi 2026-cı ilin yanvar-iyun ayları üzrə fəaliyyət göstəricilərində qeyd olunub.
Aviaşirkətin məlumatında bildirilib ki, orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib. Başqa sözlə, reyslərin təxminən beşdə biri punktuallıq göstəricisindən kənarda qalıb.
Hesabat dövründə aviaşirkət ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım deməkdir.
Beynəlxalq istiqamətlər üzrə sərnişinlərin sayı isə 4% artaraq 1,6 milyona çatıb. İlk 6 ayda AZAL tərəfindən ümumilikdə 8 462 reys yerinə yetirilib ki, bu da illik müqayisədə 7% artım deməkdir. Həmin reyslərin 6 566-sı beynəlxalq istiqamətlər üzrə həyata keçirilib.
Qeyd olunub ki, sərnişinlərin ən çox üstünlük verdiyi beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara olub. (plat.az)
TREND
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub
- Bakı metrosu ilə ötən ay 14 milyondan çox sərnişin daşınıb
- Azərbaycan Ombudsmanı ukraynalı həmkarı ilə görüşüb
- Lətif Kərimovun Vyanada 120 illik yubileyi qeyd olunub
- Xankəndidə II Qarabağ Təhsil Forumu keçirilib – “ÖyrədənSƏN” devizi altında müəllimlər bir araya gəlib
- Mastercard dünyanın ən yaxşı 20 şirkəti sırasında yer alıb
- Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT


