“Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində hər il ənənəvi keçirilən “Tervuren” festivalında Azərbaycan stendi ilə iştirak edib.
Azərbaycan Diasporana Dəstək Fondunun dəstəyi ilə hazırlanan stendə əcnəbilərə Azərbaycana aid müxtəlif mövzularda məlumatlar verilib.
Azərbaycan musiqi alətləri, musiqisi, tarixi abidələri, milli rəqsləri və milli geyimləri iştirakçıların marağına səbəb olmuşdur.
Fireland-ın ingilis və fransız dilində Azərbaycan xalçalarına, musiqi alətləri olan tar, kamança və qavala aid broşurlar festival iştirakçılarının marağına səbəb olmuşdur.
Stendin bir hissəsində isə Azərbaycan mətbəxi və içkiləri qonaqlara təqdim olunmuşdur. Samovar çayı, feyxoa, heyva və zoğal kompotları iştirakçıların stendə marağını daha da artırmışdır. İştirakçıların əksəriyyəti bu dadların onlar üçün yenilik olduğunu vurğulayıblar.
Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüssel şəhərində keçirilir. Festivalda Brüssel və ətrafındakı şəhərlərdən müxtəlif ictimai, mədəni və diaspora təşkilatlardan yüzlərlə stendlər quraşdırılır. Artıq üç ildir ki, Fireland Azərbaycanlılar Birliyi bu festivalda Azərbaycan stendi ilə iştirak edir.
TREND
- “Qeyd-Sosial Maarifləndirmə” İB ilə “Loqos” arasında memorandum imzalanıb
- Ədliyyə Nazirliyində peşə bayramı: “Müasir tələblərə uyğun fəaliyyət…”
- Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
- Elçin Babayevin BDU dövrü: Tələbəyə qayğı, şəhid övladlarına diqqət, təhsilə töhfə və yadda qalan təşəbbüslər
- Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
- Sevinc Maniyeva vəfat etdi
- Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş – SENSASİYA
- Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm”


