Allergik xəstəliklər uşaqlarda və böyüklərdə ümumi xəstəliklərdir. Allergiya immunitet sisteminin bədənə daxil olan və ya təmasda olan maddələrə həddindən artıq reaksiyasıdır. Bu maddələrə allergen deyilir.
Allergiyanın simptomlarına əsasən qaşınma, burun tutulması, tez-tez asqırma, xroniki öskürək, nəfəs darlığı və ya xırıltı, bədəndə səpgi və ya şişlik daxildir. Selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.
Allergik xəstəlik tam sağalmasa da, onun səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asan olur, bu səbəbdən vaxtında həkimə müraciət etmək lazımdır.
S.Kərimova


