Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr vəzifəsinə təyin edilən İnarə Vəliyeva nazir Rəşad Nəbiyevə təşəkkür edib.
BAKU.NEWS xəbər verir ki, İnarə Vəliyeva öz hesabında paylaşdığı məlumatda deyilir:
“İRİA-nın sədri vəzifəsinə təyin edildiyim üçün ilk növbədə cənab nazir Rəşad Nəbiyevə mənə göstərdiyi etimada görə təşəkkürümü bildirirəm. Fəaliyyətimizə verilən bu dəyər məni olduqca qürurlandırır. Eyni zamanda, ölkəmizdə innovasiyanı irəli aparan bütün ekosistem oyunçularına, ölkənin rəqəmsallaşması üzərində yorulmadan çalışan dövlət və özəl sektor nümayəndələrinə və İRİA-nın möhtəşəm komandasının hər bir üzvünə sonsuz minnətdarlığımı bildirirəm.İnnovasiya ekosisteminin qurulması və rəqəmsallaşma komanda işidir. Bu komandanın üzvu olmaq mənim üçün böyük ilham mənbəyidir. Bizim ən mühüm uğur və nailiyyətlərimiz hələ irəlidədir.
Bir daha hər kəsə göstərilən diqqətə görə təşəkkür edirəm”.


