Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz adət-ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.


