Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmçinin bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi nəzərdə tutulub.
Binanın enerji effektivliyi pasportuna aşağıdakı məlumatlar daxil edilir:
– bina haqqında ümumi məlumatlar (ünvanı, ümumi və tikinti sahəsi, tipi (kateqoriyası), tikinti ili, binanın mülkiyyətçisi və ya idarəçisi haqqında məlumatlar);
– baş fasadın görünüşü;
– binanın enerji effektivliyi sinfi;
– binanın karbon emissiyası sinfi (binada bərpaolunan enerji mənbələrindən alınan enerji resursları istisna olmaqla enerji sərfi nəticəsində istixana qazlarının ətraf mühitə emissiyalarının karbon ekvivalentində həcminə əsasən müəyyən edilmiş sinif);
– bərpaolunan enerji mənbələrindən istehsal edilən enerjidən istifadə faizi (enerji sərfində bərpaolunan enerji hesabına istehsal edilən enerjinin payı);
– istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün enerji sərfi və enerji effektivliyi sinfi;
– binanın müəyyən edilmiş enerji effektivliyinin yüksəldilməsinə dair tərtibatçının izah və tövsiyələri;
– binanın enerji effektivliyi pasportunun tərtibatçısı haqqında məlumatlar;
– binanın enerji effektivliyi pasportunun verilmə tarixi və mərhələsi (layihələndirmə və ya istismar) haqqında məlumatlar;
– binanın enerji effektivliyi pasportunun etibarlılıq tarixi.
TREND
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub
- Bakı metrosu ilə ötən ay 14 milyondan çox sərnişin daşınıb
- Azərbaycan Ombudsmanı ukraynalı həmkarı ilə görüşüb
- Lətif Kərimovun Vyanada 120 illik yubileyi qeyd olunub
- Xankəndidə II Qarabağ Təhsil Forumu keçirilib – “ÖyrədənSƏN” devizi altında müəllimlər bir araya gəlib
- Mastercard dünyanın ən yaxşı 20 şirkəti sırasında yer alıb
- Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT


