Ağdamda 40 sinif otağından ibarət məktəb inşa olunur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
“Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq”, – o bildirib.
Türkiyə lideri əlavə edib ki, təhsil müəssisəsinin açılışı gələn ilə planlaşdırılır:
“Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik”.
Ərdoğan Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycanın səylərindən də bəhs edib:
“Qarabağın yenidən dirçəlməsi və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyi böyük hörmətlə təqdir edirik.
Qarabağda yenidən alovlanan hər ocaq, yüksələn hər əsər, bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik”.
O, Cəbrayılda həyata keçirilən birgə layihədən də söz açıb:
“Ən son Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və Ağıllı Tingçilik qazandırmağın qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyimizin dəstəyi ilə qurulan bu mərkəz Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi olub”.
TREND
- İlham Əliyev Ərdoğana: Sizin göstərdiyiniz mənəvi və siyasi dəstək bizim ruhumuzu artırıb
- Avrora Qrup rəhbərliyi Zəfər abidəsini ziyarət edib
- Ərdoğan: Gələn il Ağdamda məktəbin açılışını edəcəyik
- Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
- Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
- Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər
- Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin
- Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir


