Beynəlxalq yarışlarda pul mükafatı qazanan idmançının vergi öhdəliyi varmı?
Dövlət Vergi Xidmətindən BAKU.NEWS-un sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50 min manatadək gəlir vergisindən azaddır.
Qeyd olunanlara əsasən, beynəlxalq yarışdan əldə edilən mükafatın tam dəyəri gəlir vergisindən azaddır.


