Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.NEWS-a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


