BAKU.NEWS xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.
Balakən rayon sakinləri əvvəllər Rusiyada məhkum olunmuş 1980-ci il təvəllüdlü Xəlilov Cavid Mürşüd oğlu, əvvəllər oğurluğa görə mühakimə olunmuş 1995-ci il təvəllüdlü Musayev Nail Cəmil oğlu və Göyçay rayon sakini 1989-cu il təvəllüdlü Qəhrəmanov Elgün Zahil oğlu tutulub.
Məlumata görə, onlar bu il iyulun 7-də törədilən Türkiyə vətəndaşı, iş adamı Sinan Mustafanın mənzilindən oğurluqda ittiham olunurlar.
Oğrular mənzilə pəncərədən girib və 2300 manat pul, qızıl-zinət əşyaları və mobil telefon aparıblar. Onlar oğurlanan qızılları lombarda qoyublar və əldə olunan gəliri öz aralarında bölüblər.
Hazırda saxlanılan şəxslərin digər əmlak cinayətlərində iştiraklarını müəyyənləşdirmək üçün yoxlama aparılır.


