Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Məzahir Rüstəmov küçəsində yolu keçən 25 yaşlı Gülməmmədova Yeganə Bayram qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır.


