Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” beynəlxalq dialoq platforması çərçivəsində, 27–29 oktyabr 2026-cı il tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Builki forum “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusuna həsr olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İSESKO (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) birgə tərəfdaşlığı ilə gerçəkləşir.
Oktyabrın 28-də Forum çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” mövzusunda panel müzakirəsi baş tutacaq.
Sessiyanın davamındakı müzakirələrdə Avropa Şurası, KAICIID və digər beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, ABŞ, İsveç, Türkiyə, Pakistan, Özbəkistan və Misirdən olan nümayəndələr, eləcə də dini icma rəhbərləri iştirak edəcəklər.
Paneldə bəşəriyyətin qarşılaşdığı problemlərin həllində mənəvi platformaların potensialı müzakirə olunacaq, parçalanmış dünyada dialoq körpülərinin qurulmasının və daha dinc gələcək üçün ortaq fəaliyyət planının formalaşdırılmasının önəmi barədə fikir mübadiləsi aparılacaq.
TREND
- AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib
- Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
- Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
- “Şəhid ailələrinin sosial, psixoloji dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib
- Bakıda dinlərarası dialoq müzakirə olunacaq: ortaq gələcək üçün yol xəritəsi hazırlanır
- AQTA sədri Gəncədə vətəndaşları qəbul edəcək
- AIREX 2026-ya sayılı günlər qaldı: – Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
- AQC rəhbərliyi Azərbaycanın Avstriyadakı səfiri ilə görüşüb


