BAKU.NEWS-un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Əbilova 2 il sınaq müddəti təyin edilməklə, 3 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. O, məhkəmə zalından azad edilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İttihama görə, Kürdəmir rayon sakini, 1997-ci il təvəllüdlü Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsi “Güllücə” kafesinin yanında 1991-ci il təvəllüdlü Binəqədi rayonu, Gülüstan qəsəbəsi ev 14-də yaşayan Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilovun hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.


