Yüz əlli ilə yaxın peşəkar ənənələri olan yazılı media tariximizə yeni bir ad “Sirk” jurnalı əlavə olunub.
Biz bilirik ki, sirk ənənlərimiz yetərincə zəngindir, maraqlı və cəlbedicidir.
Bu jurnalda Azərbycan sirk aləmində baş verənləri, sirk tariximizi, ənənələrimizi və bu sahəyə aid bütün istiqamətlərdəki yenilikləri əhatə edən məqalə, müsahibə, reportaj, təhlil və araşdırma materiallarına yer verilib.
Eyni zamanda dünyada sirk aləmində baş verən yeniliklərdən də yazılar hazırlanıb.
Qeyd edək ki, “Sirk” jurnalı Bakı Dövlət Sirkinin təşəbbüsü ilə hazırlanıb, sirk sahəsinə həsr olunan və ilk media resursudur. Jurnal ildə bir dəfə nəşr olunacaq.


