22-24 dekabr 2019-cu il tarixlərində Azərbaycanda ilk dəfə “Prezident Kuboku”-Beynəlxalq Döyüş Sənətləri Festifalı keçiriləcək.
BAKU.NEWS xəbər verir ki, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq bu mötəbər yarışda 11 ölkədən 11 döyüş növü üzrə 900 -ə qədər idmançının iştirakı gözlənilir.
Festıvalın açılışı 22 dekabr saat 16-00 da Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutacaq.


