“Hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.
BAKU.NEWS xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın Gəncə-Şəmkir yolunda qeydə alınmış insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib.
“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
12:49
Bu gün insanlığa sığmayan görüntülər Baku.ws-in qaynar xəttinə göndərilib.
BAKU.NEWS Baku.ws’a istinadən xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.
Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.


