Füzuli rayonu erməni işğalı altında olduğu 27 il ərzində əsl vandalizmə məruz qalmışdı.
Artıq üç ildir ki, azadlığına qovuşmuş Füzuli rayonu qədim tarixə malik olmaqla yanaşı, həm də zəngin təbiəti ilə seçilən guşələrimizdəndir. I Qarabağ müharibəsi zamanı mənfur düşmən doğma Qarabağımızı işğal etməklə kifayətlənməyərək digər rayonlarımız kimi strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşən Füzulinin də işğalını təəsüf ki, reallaşdıra bilmişdi. Bəli, müharibənin əvvəllərində milli ruhu başa düşməyən “rəhbərlərimiz” Ölkənin müdafiəsini təşkil etmək əvəzinə xəyanətkarlıqla məşğul oldular. Bunun da nəticəsində 3 il öncəyə qədər hüquqi, suveren ərazilərimizin 20 faizi işğal altında qaldı. Bu gün xəyanətlərini yaxşı bilən, qazandığımız tarixi Zəfərlərə “ağız büzən” bəzi dırnaqarası qüvvələr baş verənləri həzm etmək istəməmələri göz önündədir. Düşməndən seçilməyən xəyanətkarlar bir vaxtlar işğala zəmin yaratdıqları şəhər və rayonların azad edildiyi hər günü sözün əsl mənasında mənəvi işgəncə ilə qəbul edirlər. Bu mənada 23 avqust 1993-cü il tarixində I Qarabağ Müharibəsi zamanı ermənilər tərəfindən işğal edilmiş Füzulinin 17 il sonra, 2020-ci ilin 17 oktyabr tarixində işğaldan azad edilməsi və orada Azərbaycan bayrağının dalğalandırılması tarixi hadisədir. Bilirik ki, Ümumilli lider Heydər Əliyevin Respublikaya yenicə rəhbərliyə başladığı dövrdə, 5 yanvar 1994-cü ildə Azərbaycan ordusunun əks-hücumu ilə o vaxt işğal altında olan rayonun Horadiz qəsəbəsi ilə birlikdə 22 yaşayış məntəqəsi erməni işğalçılarından təmizləndi. Məhz bu hücumdan sonra o zamankı Ermənistan hakimiyyəti Azərbaycan silahlı qüvvələrinin həqiqi gücünü görərək, digər ərazilərə qarşı hücum planlarından əl çəkdilər. Uğurlu Horadiz əməliyyatından sonra Azərbaycan xalqında da böyük inam yarandı ki, gələcəkdə bütün işğal altında olan torpaqlarımızı öz gücümüz hesabına azad edə bilərik . Bəli həmin gün 17 okyabr 2020-ci il tarixi idi.
Artıq Füzuli kimi bütün işağal altında olan torpaqlarımız azaddır. Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bütün işağldan azad edilmiş torpaqlarımızda xarüqələr yaradır. Bir zamanlar kənd təsərrüfatının inkişaf etdiyi Füzuli işğaldan azad edildikdən sonra orada gördüklərimiz bizləri çox üzdü. Görünən mənzərə o idi ki, Füzuli rayonu erməni işğalı altında olduğu 27 il ərzində əsl vandalizmə məruz qalmışdı. Mənfur toplum şəhər büsbütün darmadağın edilmişdi.
Təsadüfü deyildirki, Qalib Azərbaycan ordusu Füzuli şəhərini azad edərkən, üçrəngli bayrağımızı qələbə rəmzi olaraq sancmaq üçün salamat qalmış bir bina tapa bilməmişdi. Füzulidə gördüyümüz daha bir mənzərə düşmənin burada qurduğu müdafiə xətti idi. Düşmən Füzuli şəhəri ətrafında keçilməz olan bir neçə müdafiə səddi qurmuşdu. Onlar bu müdafiə xətti ilə ordumuza xeyli sayda, həm canlı qüvvə, həm də texnika sarıdan itkilər vermək niyyətində idilər.
Lakin düşünlümüş, düzgün qurulmuş taktika ilə ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə plan əsasında əvvəl Cəbrayıl və Hadrut şəhərini düşməndən azad etdi. Bundan sonra Azərbaycan Ordusu hücuma keçərək Füzuli şəhərində və ətrafında möhkəm müdafiə qurmuş Ermənistan ordusuna ağır zərbə vurdu. Müharibənin ilk günlərindən ağır məğlubiyyətə uğrayan düşmən Azərbaycan Ordusunun gücünü gördü. Özləri haqqında yaratdıqları “məğlubedilməz” hissi darmadağın oldu. Döyüşlərdə düşmən texnikalarının 1 hissəsi qənimət kimi ələ keçirilərək, Ordumuz tərəfindən məhz onların özlərinə qarşı istifadə olundu. Qənimət kimi götürülmüş erməni texnikalarının 1 hissəsi isə bu gün Zəfərimizin simvollarından olan Qənimətlər parkında nümayiş etdirilir. Əlbəttə ki, bu düşmənə göz dağı, dosta fəxarətdir. Əminliklə deyə bilərik ki, 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhərinin düşməndən azad edilməsi Azərbaycan xalqının ən şanlı səhfələrindən biridir. Ali Baş Komandanın 2023-cü il, iyul ayının 31-də imzaladığı şəhər günlərinin təsis edilməsi haqqında Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcəkdir. Artıq azadlığını üçüncü ilini yaşayan Füzuli şəhəri və onun yolunu 27 il gözləmiş füzulililərin bayramıdır. Bu gün Azərbaycan xalqının bayramıdır. Çünki Azərbaycan suverendir, müstəqildir, qüdrətlidir!.
Aytəkin Mahmudova;
Neftçala rayon sakini, müəllim


