Xəbər verdiyimiz kimi ötən gündən etibarən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlar üçün Bakıda və bölgələrdə müxtəlif ərzaq və geyimdən ibarət yardımlar toplanır.
BAKU.NEWS xəbər verir ki, paytaxt Bakı ilə yanaşı bölgələrdə də qardaş dövlətə yardım etmək istəyənlərin sayı artmaqdadır. Belə ki, Şəki və Qaxda təşkil olmuş sosial aksiyada Baş Dövlət Yol Polisinin əməkdaşı Sakin Əliyev başda olmaqla qurumun digər əməkdaşları da aktiv iştirak ediblər. Polislər öz xidməti avtomobilləri ilə müxtəlif geyim və ərzaqlar gətirərək öz həmrəyliklərini nümayiş etdiriblər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.




















