Kişilərin mübarizəsində Ermənistanla qarşılaşmada birinci lövhədə Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək.
Qadınların görüşündə isə əsas lövhədə Günay Məmmədzadə Fransa təmsilçilərindən Sofi Miyyeni sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Komandalararası Avropa çempionatı, VIII tur
1 noyabr
Kişilər
Azərbaycan – Ermənistan
Şəhriyar Məmmədyarov – Levon Aronyan
Arkadi Naydiç – Qabriel Sargissyan
Qədir Hüseynov – Qrant Melkumyan
Eltac Səfərli – Arman Paşikyan
Qadınlar
Sofi Miyye – Günay Məmmədzadə
Polen Gişar – Xanım Balacayeva
Almira Skripçenko – Ülviyyə Fətəliyeva
Nataşa Benmesba – Gülnar Məmmədova
7 turdan sonra xal durumu belədir:
Kişilər: 1. Rusiya – 12, 2 – 4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6 – 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya – 9 xal.
Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3 – 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan – 10, 6 – 8. Fransa, İtaliya, Türkiyə – 9 xal. (Report)


