Azərbaycan Alpaqut Federasiyasının prezidenti, idman siyasəti üzrə ekspert Qüdrət Nuriyev Gənclər və idman naziri Fərid Qayıbovu doğum günü münasibəti ilə təbrik edib.
BAKU.NEWS xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab nazir,
Azərbaycan Alpaqut Federasiyası və öz adımdan doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram. Sizə ən xoş arzularımı çatdırır, ölkəmizdə idman sahəsində göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Doğum gününüz mübarək”!


