AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.
Bu barədə BAKU.NEWS-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.
Qeyd edək ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.


