Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburq və Avstriyanın Ticarət Komissarı Gerhard Lakner ilə görüşüb.
Görüşdə hər iki ölkənin KOB-larının əlaqələndirilməsinə, investisiyaların təşviqinə, startaplar və sahibkarların dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.


