AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikası tarixi şöbəsinin müdiri,tarix elmləri doktoru,professor Mais Əmrahovun “ Azərbaycan SSR ikinci dünya müharibəsində (1939-1945) ” adlı kitab nəşr olunub.
Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru ,dosent Cəbi Bəhramov, rəyçilər tarix elmləri doktoru,dosent Nazim Məmmədov, tarix üzrə fəlsəfə doktoru ,dosent Afaq Priyevadır.
Monoqrafiya məzmun strukturu baxımından müharibə tarixinə dair nəşr olunmuş əsərlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.Kitabda II dünya müharibəsi ərəfəsində dünyanın siyasi mənzərəsinə nəzər salınır,1939-1945 – ci illər müharibəsində dünya xalqlarının faşizm əsarətindən azad edilməsində Azərbaycan SSR- nin rolu işıqlandırılır, Sovet İttifaqı Qəhramanları və “Şöhrət “ ordeninin tam üç dərəcəsi ilə təltif olunan azərbaycanlılar haqqında biobiblioqrafik məlumatlar verilir.
Monaqrafiyada müharibə dövründə yaranmış çətinliklərindən istifadə edən düşmən elementlərin Azərbaycanda antisovet əhval – ruhiyyəsi yayması arxiv sənədəri əsasında təhlil olunur.
Sevinc Kərimova


