Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivallarının əhatəsi gələn ildən daha da genişləndiriləcək.
BAKU.NEWS xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva deyib.
M.Əliyeva bildirib ki, bu il ərzində 14 rayonda Aqrar İnnovasiya Festivalı keçirilib. Festivallara maraq hər il artmaqdadır. Azərbaycan Toxumçular Assosasiyası festivalların müxtəlif bölgələrdə təşkilində o cümlədən toxumçu-fermerlərin bir araya toplanmasında öz dəstəyini göstərir. Festivallarda yerli şirkətlərlə yanaşı xarici şirkətlərin iştirakı təmin edilir. Bundan başqa festival çərçivəsində fermer və sahibkarlar üçün maarifləndirici təlimlər təşkil edilir.
“Gələn ildən festivalların ay ərzində 2 dəfə keçirilməsi nəzərdə tutulub. Bütün fermer və sahibkarları Aqrar İnnovasiya Festivallarında aktiv iştirak etməyə çağırırıq”, deyə M.Əliyeva vurğulayıb.


