Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti geniştərkibli iclasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) müstəqil şirkətlərə qarşı göstərdiyi inzibati təzyiqlər – xüsusilə AQC üzvü olan qiymətləndirmə şirkətlərinin “ya biz, ya AQC” seçimi qarşısında qoyması kəskin pislənilib.
Bildirilib ki, bu yanaşma azad rəqabət prinsiplərinə və Azərbaycan dövləti tərəfindən təşfiq olunan qeyri-hökumət sektorunun və assosiasiyaların inkişafı siyasətinə tamamilə ziddir.
Eyni zamanda bir sıra dövlət qurumları tərəfindən “QR kod” və iş bölgüsü ilə bağlı ləğv olunan qərarların sabotaj edildiyi, bunun qiymətləndiricilərdən gizlədildiyi vurğulanıb. AQC-nin bu hallara qarşı hüquqi mübarizəni daha sərt formada genişləndirəcəyi bəyan olunub.
Həmçinin AQC tərkibində Palatanın problem yaratdığı qiymətləndiricilərin hüquqlarının müdafiəsi məqsədilə xüsusi şöbənin yaradılması qərara alınıb. İdarə Heyətinin üzvləri bu qərarı yekdilliklə dəstəklədi. Şöbə qiymətləndiricilərə Palata tərəfindən qiymətləndirmə hesabatlarında yaradılan “süni əngəllərin” qarşısının alınması ilə məşğul olacaq.
TREND
- Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib
- Beynəlxalq təşkilatdan AQC sədrinə yüksək etimad
- Orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub
- PAŞA Bank həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq
- Dövlət qurumları əməkdaşlarının NƏZƏRİNƏ!
- Dövlət Vergi Xidmətinin özünün özünə vergi borcu yaranıb


