13-14 Aprel 2024-cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən Alpaqut Turan Döyüş Sənəti üzrə ölkə yarışı başlayıb.
Abşeron Olimpiya İdman kompleksində baş tutan Respublika Kubokunda ölkənin 40-a yaxın filialından 400-dən çox idmançı Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz güclərini sınayırlar.








