Azərbaycanda aqrar sektorda özünə məxsus yeri olan “AgroStar Azerbaijan” QSC yeni kampaniyaya başlayıb.
Şirkətin baş direktoru Mədinə Əliyeva BAKU.NEWS-a açıqlamasında bildirib ki, “AgroStar Azerbaijan” QSC fermerlərimizi, yüksək keyfiyyətli toxum və bitkilərə qulluq vasitələri ilə təmin etmək məqsədilə “Finola” və “Arcanda” arpa sortlarına endirimlər edib.
Fermerlər şirkətin sosial media hesablarına və yaxud da 050 274 75 41 nömrəsi ilə əlaqə saxlayıb sifarişlərini verə bilərlər.
Qeyd edək ki, Finola sortu çox erkən sünbülləyən və orta erkən yetişmə müddəti olan 6 cərgəli payızlıq arpadır. Finola sortunun dən keyfiyyəti çox yüksək səviyyədə olur. Sort yüksək çeşidlənmə sürəti (7 2,2 mm) və yüksək hektolitr dəyərləri ilə fərqlənir ki, bu da 6 cərgəli arpa çeşidləri arasında ən yaxşı seçim olmasını təmin edir.
Arcanda arpa sortu isə orginatoru Avstriyanın “Probstdorfer Saatzucht” şirkətidir. Orijinal payızlıq sortdur. Sort erkən yetişmə, yaxşı dayanıqlıq, əla gövdə sabitliyi, əla dən inkişafı və orta yarpaq sağlamlığı ilə xarakterizə olunur. Bu keyfiyyətli yem sortu incə qabıqları, yüksək qida dəyəri və yüksək natura çəkisinə malikdir. Müxtəlif iqlim şəraitinə kifayət qədər uyğunlaşır. Türkiyədə, Fransada, Ukraynada, Azərbaycanda və
digər coğrafi məkanlara uzanan becərilmə arealına görə çevik sort hesab edilir.













