İsveçrənin “ABB” (Asea Brown Boveri) elektrotexnologiya nəhəngi sənaye avadanlıqları istehsalçısı olan Böyük Britaniyanın “Rotork” şirkətini təxminən 5,5 milyard dollara satın almağı planlaşdırır.
Plat.az xəbər verir ki, rəsmi təklifə əsasən, “ABB” qarşı tərəfin səhmdarlarına hər səhm üçün nağd şəkildə 503 pens ödəyəcək. “Rotork” rəhbərliyi artıq bu təklifi qəbul etməyi səhmdarlarına tövsiyə edib.
Səhmdarların və tənzimləyici qurumların razılığı alınarsa, sövdələşmənin 2027-ci ilin birinci yarısında yekunlaşması gözlənilir.


