ABŞ-ın NBC xəbər aparıcısı Lesli Van Ness 42 yaşında qəflətən vəfat edib. Ölüm qadın əri və iki oğlu ilə Floridada istirahət edərkən baş verib.
BAKU.NEWS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb
Jurnalistin xəstəlik nəticəsində xəstəxanaya yerləşdirildikdən 4 gün sonra xəstəxanada dünyasını dəyişdiyi bildirilir. Van Nessin ölümünün dəqiq səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Lesli Van Ness 2003-dən jurnalistika fəaliyyəti ilə məşğuldur. Bir sıra aparıcı media qurumlarında jurnalist-redaktor kimi fəaliyyət göstərib.
Sevinc Kərimova


